44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Aslan Elman oğlunun beşinci ildönümü rayonun Hacalıkənd kəndində şəhidin məzarı önündə qeyd edilib.
08 noyabr 2025-ci il tarixdə keçirilən şəhidin anım mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Göyçay Statistika İdarəsinin müdiri, Göyçay İstilik Sistemləri İstismar Sahəsinin rəisi şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Aslan Əliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, şəhid Əliyev Aslan Elman oğlu 23.09.2001-ci il tarixdə Göyçay rayonunun Hacalıkənd kəndində anadan olmuşdur. 04.10.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
MM.AZ
MM.AZ
