İlk dəqiqədən bilinməli olan hüquqlar:
Saxlanılan şəxs (vəkilsiz olsa belə) ilk andan aşağıdakı hüquqlara malikdir: Hüquq – məlumatlandırılmaq
CPM-in 90.3.1 maddəsinə əsasən, şəxs saxlanıldığı andan ona qarşı irəli sürülən şübhənin səbəbləri və hüquqları barədə aydın və anlaşıqlı şəkildə məlumat verilməlidir. Bu məlumat yazılı və ya şifahi formada təqdim olunmalı, şəxs onu başa düşmədikdə tərcüməçi təmin edilməlidir.
Hüquq – susmaq və öz əleyhinə ifadə verməmək
Bu, Konstitusiyanın 66-cı maddəsi və CPM-in 19.1 maddəsi ilə təsbit olunmuş “özünüifadə azadlığı və özünə qarşı ifadə verməmək” prinsipidir. Şəxs istənilən anda ifadə verməkdən imtina edə bilər. “İmtina” protokola daxil edilməlidir və bu, onun hüququnun həyata keçirilməsi sayılır, yox ki, “etirafdan imtina”.
CPM-in 91.3.3 maddəsinə görə, saxlanılan şəxs dərhal ailə üzvünə, vəkilə və ya istədiyi digər şəxsə saxlanılması barədə məlumat verilməsini tələb edə bilər. Polis bu hüququ gecikdirməməlidir – “sonra zəng edərsən” ifadəsi qanunsuzdur.
MM.AZ
