21 oktyabrdan etibarən AvtoVAZ Lada Largus modelinin satışını məhdudlaşdırıb. Buna səbəb avtomobillərdə sükanın fırlanması ilə bağlı problemlər barədə məlumatların yoxlanmasına başlanılmasıdır. Rostandart bununla bağlı açıqlama yayaraq bildirib: “Diler şəbəkəsində bütün Lada Largus avtomobillərinin satışı tam analiz başa çatana, komponentlər sınaqdan keçirilənə və materiallar araşdırılana qədər dayandırılıb.” Qurum həmçinin vurğulayır ki, Largus Gömrük İttifaqının standartlarına cavab vermir və əlavə texniki nasazlıqlara malikdir. Elə buna görə də bu modelin satışı ilin əvvəlində də dayandırılmışdı.
MM.AZ
