Monqolustan quzusunun kababı- TEST EDİLDİ

Cəmiyyət

Monqolustan quzusunun dadı da insanlara maraqlıdır.

Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.

“Mən Monqolustan ətindən bişən kababın dadına baxdım. Bizim quzuların ətindən bişən kababın dadını verə bilməz. Kababı yerli quzular kimi yumşaq deyil, bərkdir. Yəni yerli quzuları əvəz edə bilməz”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.
MM.AZ