11.11.2025
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycandan uçan Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 20 türk hərbçisi olub.
Türkiyə Müdafiə Nazirliyi bildirir ki, Gürcüstan hakimiyyəti ilə birgə axtarış-xilasetmə əməliyyatı aparılır.
Gürcüstan Daxili İşlər Nazirliyi təyyarənin qəzaya uğradığını təsdiqləyərək, onun Azərbaycanla sərhəddən təxminən beş kilometr aralıda qəzaya uğradığını bildirib.
Təyyarə Gəncədən havaya qalxıb…
Gürcüstan Daxili İşlər Nazirliyi açıqlamasında təyyarənin heç bir təhlükə siqnalı göndərmədiyini və Gürcüstan hava məkanına daxil olduqdan bir neçə dəqiqə sonra radarlardan itdiyini bildirib.
Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın bütün axtarış – xilasedici qüvvələri hadisə yerinə cəlb edilib…
Türk xalqına, həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk.Ağrınız ağrımız,acınız acımızdır…
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ
