Türkiyədə İstanbul Baş Prokurorluğu hazırda həbsdə olan şəhər meri Əkrəm İmamoğlu üçün 2352 il həbs cəzası tələb edib.
Baş prokuror Akın Gürlek tərəfindən hazırlanmış 4000 səhifədən artıq ittiham aktında İmamoğlu “cinayətkar təşkilatın qurucusu və rəhbəri” kimi təqdim olunub.
İmamoğlu isə bütün ittihamları rədd edərək, onların siyasi motivli olduğunu bildirib. Onun üzvü olduğu Cümhuriyyət Xalq Partiyası (CHP) da ittihamları “gülünc” adlandırıb.
Müstəqil ekspertlər bu cəza tələbini prezident Rəcəb Tayyib Ərdoğanın siyasi rəqiblərinə qarşı təzyiqlərin növbəti mərhələsi kimi qiymətləndirirlər.

MUASİRMEDİA.AZ
