Noyabr nar mövsümünün zirvəsidir

Cəmiyyət
Noyabr nar mövsümünün zirvəsidir. Qırmızı rəngi və turş-şirin dadı ilə seçilən bu meyvə antioksidant, C vitamini və kaliumla zəngindir. Bu maddələr immuniteti gücləndirir, xərçəng və ürək-damar xəstəliklərinin riskini azaldır.
Nar qan dövranını yaxşılaşdırır, təzyiqi tənzimləyir və dərini parlaq göstərir. Qadınlarda hormon balansını qorumağa da kömək edir.
Diyetoloqlar narı təzə halda və ya şirə şəklində qəbul etməyi məsləhət görürlər. Gündə bir stəkan təbii nar şirəsi bədəni toksinlərdən təmizləyir və enerji verir.
Noyabrda nar yemək həm immuniteti möhkəmləndirir, həm də soyuq havalarda orqanizmi qoruyur.

MUASİRMEDİA.AZ