Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında prorektor işləyən, polkovnik ABBASOV İLHAM QURBAN oğlu VƏFAT EDİB

Hadisə
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının görkəmli hüquqşünaslarından biri olan, hüquq elmləri namizədi, son iş yeri olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında prorektor işləyən, polkovnik ABBASOV İLHAM QURBAN oğlu 2025-ci il noyabrın 14-də vəfat etmişdir. Həmin gün də Mehdiabad qəbristanlığında dəfn edilmişdir.
Heyf…Əslən Şəkili idi. Zəngilanda və Qubadlıda prokuror işləyirdi. 1990-cı il yanvarın 22-sində,Şəhidlərin dəfni münasibəti ilə ümumrespublika həmrəylik mitinqi keçirirdik. Rayon Azadlıq meydanında, AXC RŞ Sədri olaraq, Mitinqi də mən aparırdım.İlham bəy, söz istədi və tribunaya çıxdı.Göz yaşları ilə hayqıraraq Möhtəşəm çıxış etdi və əlində tutduğu kommunist biletini cırıb mitinqçilərin ayağı altına atdı.
Yüksək insani keyfiyyətə malik, abır-həyalı və namuslu insan,savadlı hüquqşünas,əsl vətənpərvər və nümunəvi prokuror idi.
Baxmayaraq ki, ruslar məni həbs etdikdən sonra,raykom mənim haqqımda cinayət işi açmağa onu məcbur etmişdi, ama mən rusların təkrar-təkrar həbslərindən döndükdən sonra, İlham bəy, haqqımda başlanmış cinayət işinə xitam verərkən, “Mən bu vətən üçün canını verən oğullara qarşı belə bir işi aparmaram, istəyirsiz də,vəzifəmdən istefa verim” demişdi. Xatirə olsun deyə yazdım…
Məkanı cənnət,yeri behişt olsun. Rasim Məmmədov,
Heyf dəfnində iştirak edə bilmədim. Xahiş edirəm, 3 mərasiminin tarixini də yazasınız.

şunu diyen bir yazı 'Allah rahmat elasin Sabah Sabah- noyabrın 16-da İmamali mascidinda saat 11:00-dan 11:00 15:00-dak "ÜÇ" maclisi olacaq.' görseli olabilir
MUASİRMEDİA.AZ
 AYDIN ŞÜKÜRLÜ