“Bilirdim Nüsrətin Sevda adlı istədiyi qız var. Qız da onu çox istəyirdi. Qız da Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdu. Bu hadisə məndən öncə olmuşdu. Artıq ailəli idik, uşaqlarımız böyümüşdü. Eşitdim ki, Sevda ağır xəstəliyə tutulub. Bunu Nüsrətə dedim və təklif etdim ki, xəstəxanaya yanına getsin, hal-əhval tutsun. Sonra hər axşam onu maşınla gəzdirirdi, evə gələndə də mənə danışırdı. Bir dəfə Moskvaya gedirdi, Nüsrətə dedim ki, Sevdadan soruşsun, bəlkə oradan ürəyi nəsə istəyir. Şokoladlı zefir istəmişdi. Nüsrət Moskvadan qayıtdı, amma zefir yadından çıxmışdı. Anamın vasitəsilə Moskvadan zefir gətizdirdim və verdim Nüsrətə. Dedim ki, bunu Sevdaya apar. Sevda çox ağır xəstə idi və tez rəhmətə getdi. O qızın şəklini indiyə kimi Nüsrətin stolunun üstündə saxlamışam. Mənə elə gəlir ki, bu hərəkətimlə Nüsrətin xatirəsini şad edirəm”, – Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanım.
MUASİRMEDİA.AZ
Nisə Hüseynova
