Prezident İlham Əliyevin Özbəkistana səfəri sadəcə rəsmi bir protokol səfəri deyildi-FOTO

Siyasət
Prezident İlham Əliyevin Özbəkistana səfəri sadəcə rəsmi bir protokol səfəri deyildi – bu, həm türk dünyasına, həm də islam sivilizasiyasına ünvanlanan strateji mesajların daşıyıcısı idi.
Bu gün türk dövlətlərinin ortaq əlifbaya keçid prosesini sürətləndirdiyi, islam mədəniyyətinin yenidən dünyanın diqqət mərkəzinə çıxdığı bir zamanda belə bir səfərin məhz indi baş tutması təsadüfi görünmür.
Özbəkistanda inşa edilən İslam Sivilizasiyası Mərkəzi də bu baxımdan xüsusi önəm daşıyır. Təməli Prezident Şavkat Mirziyoyevin qərarı ilə 2018-ci ildə qoyulan bu nəhəng layihə yüzlərlə alim, ekspert, dini və ictimai xadimin iştirakı ilə ərsəyə gəlib. Mərkəzin memarlığı Səmərqəndin qədim və əzəmətli üslubunu özündə yaşadır və 10 hektardan böyük bir ərazini əhatə edir. Burada həm tədqiqat şöbələri, həm nadir əlyazmaların reyestri, həm kitabxana, həm də müxtəlif arxiv və nəşriyyat bölmələri fəaliyyət göstərir.
Binanın 65 metr hündürlüyündə tikilmiş günbəzi və içərisində yerləşən sərgi qalereyası mərkəzi sadəcə bir elm məkanı deyil, həm də bir mədəniyyət və tarix salonuna çevirir. Müxtəlif dövrlərə aid əşyalar, əcdadların yaradıcılıq irsi və islam mədəniyyətinin inkişaf mərhələləri müasir texnologiyaların köməyi ilə ziyarətçilərə təqdim olunur.
Mərkəzin ən qiymətli hissələrindən biri isə şübhəsiz ki, “Müqəddəs Quran” zalıdır. Burada islam dünyasının böyük mənəvi incisi – “Osman Quranı” saxlanılır. Eyni zamanda Samanilərdən Teymurilərə qədər müxtəlif sülalələr dövrünə aid Quran əlyazmaları və onların özbək dilinə tərcümələri nümayiş etdirilir.
Bu fon qarşısında Prezident İlham Əliyevin səfəri həm tarixi yaddaşa sayğı, həm də gələcək birliyə verilən siyasi-mədəni mesaj kimi qiymətləndirilə bilər. Türk dünyasının elm, mədəniyyət və din sahəsində yeni mərhələyə qədəm qoyduğu bu dövrdə Azərbaycanın bu prosesin aktiv iştirakçısı olması tamamilə təbii və strateji olaraq vacibdir.
takım elbise ve düğün görseli olabilir
MUASİRMEDİA.AZ