16 Noyabr Beynəlxalq Tolerantlıq Günü insanlar arasında anlayışın, qarşılıqlı hörmətin və birgə yaşayışın əhəmiyyətini xatırladan əlamətdar bir gündür. Bəşəriyyətin dəyərlər sistemində ən uca məfhumlardan biri olan tolerantlıq özündə ən ülvi fəlsəfəni, sülh və əmin-amanlıq şəraitində birgə yaşayışı təcəssüm etdirir.
Azərbaycan bu yüksək humanist ideyanın praktik təzahürünü milli dövlətçilik modelində, dövlət siyasətində, həmçinin ictimai həyatın bütün sahələrində ən parlaq şəkildə nümayiş etdirir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində tolerantlığın, multikulturalizmin və dini həmrəyliyin mərkəzlərindən biri kimi tanınır. Möhtərəm Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində bu ənənə daha da möhkəmlənməkdədir.
Bu gün dünyada münaqişələrin, radikalizmin, etnik və dini qarşıdurmaların artığı bir zamanda məhz Azərbaycan nümunəsi insanlıq üçün uğurlu modeldir.
Beynəlxalq Tolerantlıq Günü bizə onu xatırladır ki, sülh, əmin-amanlıq, həmrəylik və qarşılıqlı hörmət bəşəriyyətin ən böyük sərvətidir. Hər birimiz bu ülvi dəyərləri qorumalı və gələcək nəsillərə çatdırılmalıyıq.
MM.AZ
MM.AZ
