Köhnə təqvimlə 118 il öncə bu gün, 1907-ci ilin noyabrın 15-də Milli Mətbuatımızın banisi Həsən Bəy Zərdabi torpağa tapşırılarkən böyük mütəfəkkirimiz Əhməd Bəy Ağaoğlu çox təsirli bir nitq söyləmişdi:
“Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”

Millətin durumunu 118 il öncə görkəmli ziyalımız böyük ağrı ilə dilə gətirirdi. Halbuki həmin nəsil ondan 11 il sonra Şərqin ilk cümhuriyyətini qurdu.
Oğru da, rüşvətxor da o zaman da var idi, günümüzdə də…Amma indi bu siyahıya korrupsiya və korrupsionerlər də əlavə olub. Vaxtilə bir-biri ilə didişən ziyalının yerini isə, indi gününü məddahliq növbəsində keçirən “ziyalı ordusu” tutub.
Əminəm ki, gələcək nəsillər də Əhməd bəyin dediyi kimi bizləri qınayacaqlar. Özü də ən sərt şəkildə…
Fikir böyüklərimizi sayğı ilə anıram.
MM.AZ
MM.AZ