Məşhur mərakeşli futbolçu Əşrəf Hakimi və özündən 12 yaş böyük keçmiş həyat yoldaşı,, tunis əsilli aktrisa Hiba Abuk

Dünya
Məşhur mərakeşli futbolçu Əşrəf Hakimi və özündən 12 yaş böyük keçmiş həyat yoldaşı, tunis əsilli aktrisa Hiba Abuk. 38 yaşlı aktrisa bir müddət futbolçu ilə birgə yaşadıqdan və ondan iki oğlan övladı dünyaya gətirdikdən sonra ayrılmaq qərarına gəlib.
Aktrisa vəkilləri vasitəsi ilə keçmiş ərindən onun varidatının yarısını – 70 milyon dollar tələb edib. Məhkəmənin gedişi zamanı ortaya maraqlı mənzərə çıxıb. Məlum olub ki, Əşrəf Hakiminin hesabında 1 sent də olsun pul yoxdur. Onun PSJ-dən hər ay aldığı maaş anasının adına köçür. Əşrəf Hakiminin bütün daşınmaz əmlakları, lüks avtomobillərinin də anasının adına olduğu üzə çıxıb.
Əşrəf Hakimi bütün varidatını anasının adına keçirməklə hiyləgər həyat yoldaşını aldatmağa müvəffəq olub.
Məhkəmə keçmiş ərindən 70 milyon dollar tələb edən Hiba Abukun əleyhinə qərar çıxarıb. Əşrəf Hakimi hüquqi cəhətdən yoxsul olduğu üçün keçmiş arvadı ona 1,7 milyon dollar ödəməli olub.

bir veya daha fazla kişi ve sakal görseli olabilir
MM.AZ