Milli Məclisin bugünkü iclasında sədr Sahibə Qafarova 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib

İqtisadiyyat
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa təkan verib”.
Bunu Milli Məclisin bugünkü iclasında sədr Sahibə Qafarova 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.
Sədr bildirib ki, Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib: “İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğura davam etdirilir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır”.
S.Qafarova əlavə edib ki, qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan büdcə gəlirlərinin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib.
“2026-cı ilin büdcəsi ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi kimi hədəflərlə bağlı olacaq”, – deyə o, bildirib.
MM.AZ