Sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində əməliyyatları davam etdirir

Hadisə
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində əməliyyatları davam etdirir.
Keçirilən növbəti əməliyyat zamanı özünü kredit mütəxəssisi kimi təqdim edərək “sərfəli şərtlərlə kredit”, “zamin tələb olunmur”, “az komissiya” adı altında vətəndaşları aldadan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.
_______
✅Araşdırmalar göstərib ki, o
• sosial şəbəkələrdə saxta elanlar yerləşdirib,
• müraciət edən şəxslərin kart məlumatlarını və telefonlarına göndərilən OTP kodlarını ələ keçirib,
• mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin hesablarındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək mənimsəyib.
______
Şəxs barəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MM.AZ DİN