Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı V.Novruzov qeyd edib ki, müstəqilliyimizin möhkəmlənməsində, vətənimizin davamlı inkişafında, adət-ənənələrimizin qorunmasında ağsaqqaların müstəsna xidmətləri var. Görüşdə rayonun inkişafı, sosial məsələlər, gənclərin sağlam ruhda yetişməsi, onların düzgün yola istiqamətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ağsaqqalların təklifləri dinlənilib və qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib. Ağsaqqallar qeyd ediblər ki, rayon əhalisini narahat edən məslələrin həllində fəal iştirak edəcəklər. Görüş səmimi əməkdaşlıq şəraitində başa çatıb.
MUASİRMEDİA.AZ
