Qadın Sahibkarlara nümunə olan -QADIN

Cəmiyyət
Qadın Sahibkarlara nümunə olan!
Sahibkar qadınlara özünün təvazövkarlığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı ilə nümunə olan, 10 000 – dən çox sahibkar qadının ASQ Birliyində cəmləşməsinə nail olmuş, təcrübəli təşkilatçı, iş qadını ZEMFİRA AĞAYEVANI ürəkdən təbrik edir, ölkəmizin inkişafı naminə gürdüyü işlərdə davamlı uğurlar arzu edirik.
Zemfira Ağayeva ölkə iqtisadiyyatına dəstək olmaq üçün yaratmış olduğu ASQİB ilə gənc qadınlara sahibkar olmağın yolunu
göstərməyə nail olmuş, problemlə rastlaşan sahibkar qadınlara qanunlar haqqında çoxlu möhtəşəm təlimlər təşkil etmişdir….
Dünya ölkələrinin sahibkar qadınları ilə əlaqələr qurmuş, iştirak etdiyi konfrans və formlarda əldə etdiyi bilgiləri ölkədə tətbiq etmək yollarını aramış və tətbiq etmişdir.
Rəhbərlik etdiyi “Qızıl Əllər”MMC, gənc oğlan və qızlara çoxlu sayda peşələr öyrətməklə iş axtaranlara kömək etmişdir.
Bu gün Zemfira Ağayeva dövlətin, cəmiyyətin və sədri olduğu Azərbaycan Sahibkar Qadınlar Birliyində cəmləşən sahibkarların hörmətini və sevgidini qazanmışdır. Ofisində görünən mükafatlar, “Tərəqqi” medalı bunu deməyə əsas verir.
Dünya Qadın Sahibkarlar Günü Sizindir!!!
Ürəkdən təbrik edir, Sizə davamlı uğurlarla
davam edəcək günlər arzu edirik!

MUASİRMEDİA.AZ