Ramiz Mehdiyev dəhşətli dərəcədə hiyləgər (bic) adam olub

Cəmiyyət
Prezident Administrasiyasının rəhbəri və AMEA-nın prezideti olduğu dövrlərdə üzdə olan alimləri, yüksək vəzifə tutan şəxsləri əməlli-başlı işə salıb. İndilərdə paylaşılan videolardan görürük ki, 80 illik yubileyində danışdırdığı adamlar (məsələn, Ziyafət Əsgərov, Şahin Əliyev və başqaları) ekran qarşısında özlərini yığışdırıb elə sözlər üyüdürlər ki, sanki Mehdiyevdən başqa dövlət xadimi və alim olmayıb. “Biblioqrafiya”sına xoş sözlər yazmaq üçün Musa Qasımlıdan tutmuş Abel Məhərrəmova qədər 10-larla alimi səfərbər edib. İndi adamların yuxusuna haram qatıb. Əsl Leviafan budur…
Bu adamlarda iradə olmadığına görə bir himə bənd imişlər.
Saxta xarizması ilə üzdə olan əksər adamları (xüsusilə deputatları)ovsunlaya bilmək xüsusi “istedad”dır.

MUASİRMEDİA.AZ
ETİBAR  ƏLİYEV