Nazirlik əməkdaşlarına daimi yaşamaq üçün verilən mənzillərin onlardan alınacağı iddia olunur.
Bu iddia ilə Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı bina sakinlər “Xəzər Xəbər”ə müraciət ediblər.
Fövqəladə Hallar Nazirliyinin hüquq idarəsinin sektor müdiri səsləndirilən iddialarla bağlı “Xəzər Xəbər”ə açıqlama verib.
Daha ətraflı videoda:
Binada yaşayan sakinlər onu da bildirirlər ki, 2013-cü ildə bina onlara təhvil verildiyi zaman heç bir sənədləşdirilmə işləri aparılmayıb. Yalnız 2018- ci ildə evlərin sakinlərin adına rəsmiləşdiriləcəyi bildirilib. İddialara görə, hazırda 7 ailənin binadan çıxarılması barədə qərar verilsə də, növbəti mərhələdə hissə-hissə digər əməkdaşların da binadan çıxarılması nəzərdə tutulub. MUASİRMEDİA.AZ
