Bu şəkil 5 il öncə bu gün -17 noyabrda çəkilib, 4-cü həbsimin son həbsxana günüdür .
Digər məhbuslarla birlikdə azadlığa çıxmağı gözləyirəm. O zaman mənə verilmiş ittiham aktında çox saylı maddələrl vardı. Onlardan birinin cəza həddi 14 ildən başlayırdı, sonu isə ömürlük idi. Yəqin “barıtını” lap çox etdiklərini görüb, sonradan bu maddəni götürdülər.

İddia olunurdu ki, Polad Həşimovun öldürülməsindən sonra iyulun 14-də Milli Məclisin qarşısında toplaşmış izdihamı guya ki, biz təşkil edib ora yığmışıq. 4 aylıq həbsdən sonra digər Qarabağ məhbusları kimi polis nəzarətinədə ev dustaqlığına buraxıldıq, ayağımda bir il xüsusi nəzarət aparatı ilə gəzməli oldum. Məhkəmədə bütün ittihamların əsassız, qurama olduğunu sübut etsək də, məlum məsələdir ki, bunun hökmə heç bir təsiri olmadı.
Sonra isə siyasi sifariş əsasında 5 il 6 ay şərti cəza verib guya cinayət etdiyimizi “sübut etdilər”.
Və bu gün dönüb keçmişə baxanda, əksər xatirələrim ya mitinqlərlə, qaynar siyasi mübarizə anları ilə, ya da ki, həbsxanalarla bağlıdır. Və peşiman da deyiləm, həyata bir daha gəlsəydim yenə də eyni yolu seçərdim.
MUASİRMEDİA.AZ