Sabah Sumqayıt şəhərində 600 abonentin qazı olmayacaq

ölkə

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.

MM.AZ