İcra başçısı düyü işinə baxırmış – YENİ DETALLAR
Ötən həftə Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədova məxsus olduğu deyilən camış ferması barədə xəbər vermişdik.Yerli sakinlərin verdiyi məlumata görə,icra başçısı rayonun Müsüslü kəndi ərazisində böyük bir ərazini əhatə edən camış ferması yaradıb.Orada Macarıstandan gətiirlmiş xüsusi növ cins camışlar bəslənir.Bu,faktı əməkdaşımıza ərazidə yaşayan sakinlər də təsdiqləmişdi.Məlumat üçün qeyd edək ki,Mənsur Məmmədovun adı mediada Ramiz Mehdiyevin komandasında yer alan məmurlar siyahısında hallanır.Onun bu komandaya sabiq nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə üzv olduğu yazıl
Yerli sakinlərin bildirdiyinə görə,rayonun ərazisində olan bir çox əkinə yararlı torpaq sahələri icra başçısı Mənsur Məmmədov və onun adamları tərəfindən zəbt edilib.Əldə etdiyimiz məlumata görə,başçı camışçılıqdan savayı bu,torpaqlarda çəltikçiliklə də məşğul olur.
Rayonun bir çox kəndlərində icra başçısına məxsus çəltik sahələri mövcuddur.
Başçı niyə çəltik əkir?
Yerli mənbənin saytımıza verdiyi məlumata görə,çəltik sahəsinə dövlət tərəfindən daha çox subsidiya ayrıldığı üçün başçı da məhz bu məşğuliyyəti seçib.Rayon sakinlərinin torpaq qıtlığı çəkdiyi bir zamanda geniş sahələr başçının ixtiyarına verilib.İş təkcə bununla bitmir.
MM.AZ
