Emin Əmrullayevə “10” vərdim…
“Mirələm, sənə 10 vərdim, “15” olsaydı “15” vərərdim. Bu ifadə Muğam müsabiqəsində münsiflər heyətinin üzvü olmuş rəhmətlik Əlibaba Məmmədova məxsusdur.
Müəllimlərim tamştata keçməsində normal iş şəraitinin olmaması ilə bağlı diddiklərimizi (söz Niyazi Mehdiyə aiddir) Emin Əmrullayev təsdqlədi. Buna görə Emin müəllimə “10” vərdim.
Diddikləri: “Məktəbdəki müəllimlər məni çox yaxşı başa düşəcək. Müəllimimizin oturmağa yeri belə yoxdur. Müəllimlər otağı nə deməkdir? Müəllim tez gələndə üst geyimini asdığı yerdir. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur.
Məncə, işçiyə aid bir iş otağının, iş masasının olması çox vacibdir. Müəllim dərsə harada hazırlaşsın?! Harada öz şagirdlərinin işlərini yoxlasın?! Hansı məkanda valideynlə görüşsün, söhbət eləsin?!
Buna görə də müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik. Başqa niyyətimiz yoxdur”.
MM.AZ
