Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər-FOTOLAR

Cəmiyyət
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə – şəhidlik məqamına ucalıb.

Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
MUASİRMEDİA.AZ