Xəbər verdiyimiz kimi, bu gün Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vurub öldürüb.
Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarşısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Baş Prokurorluğun mətbuat xidməti yayıb.
faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir. Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir.
Onlar sabah yaşadıqları ünvanda dəfn ediləcəklər. Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur.

