ABŞ-ın 28 maddəlik əcaib “Sülh planı” ilə bağlı xalqa müraciər edən Vladimir Zelenskinin çıxışının mətnini oxuduqca adamın ürəyi dağlanır. Ukraynanın vəziyyətinin necə çıxılmaz olduğunu bildirən həmin çıxışdan tək bir abzası nəzərinizə çatdırıram. Zelenski deyir:
-İndi tariximizin ən çətin anlarından biridir. Ukrayna çox çətin bir seçimlə – ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər: “Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış, ən çətin və daha çox risk”.
Çıxışın ruhundan görünür ki, Zelenski ümidsiz də deyil. O, Vaşinqtonda D.Trampla planın müzakirəsində bəzi şərrləri dəyişəcəyinə inanır.
Tanrı Ukraynaya kömək olsun!!!
MUASİRMEDİA.AZ
