Niderlandın “Cəngəvər Titulu” almış azərbaycanlı qəhrəmanı, ölkənin Kral ailəsinin fəxri üzvü, adına park və küçə salınan “Medo” ləqəbli Məmməd Məmmədov-foto

Baş səhifə
Niderlandın “Cəngəvər Titulu” almış azərbaycanlı qəhrəmanı, ölkənin Kral ailəsinin fəxri üzvü, adına park və küçə salınan “Medo” ləqəbli Məmməd Məmmədov.
Göstərdiyi igidliklərə görə “Medo” ləqəbiylə əfsanələşir. Müharibə vaxtı o, bir neçə həmyerlimizlə birlikdə Osterveyk meşələrində səngərlər qazıb, çox işlər görməyə məcbur olub. Niderlandın azadlığı uğrunda şimali Barbant meşələrində göstərdiyi igidliklərlə məşhurlaşmışdı. Göstərdiyi qəhrəmanlıq və Niderlandın müharibədən sonrakı yenidənqurma işlərində xidmətlərinə görə bu ölkənin Kraliçası tərəfindən ən yüksək hərbi ordenlə – “Oranc-Nassau Kral ailəsinin Cəngavəri”, “Müqavimət döyüşçüsü” və “Sədaqətli Xidmət” medalları ilə təltif edilmiş, həmçinin 26 minlik Osterveyk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülmüşdür. Müharibədən sonra Məmməd Məmmədov 1946-cı ildən başlayaraq uzun müddət “Wed” ayaqqabı fabrikində çalışıb. O , 1956-cı ildə “Həmişə hazıram” (“Altijd paraat”) polis itlərinin təlimi ilə məşğul olan birliyi təsis edib. Birliyin də təsis edilməsinin maraqlı tarixçəsi var. O vaxtlar ətrafdakı meşələrdə canavarlar çoxalmışdı və yerli əhali, əsasən qadın və uşaqlar qorxu içində yaşayırdılar. Medo bu insanları qorumaq üçün yetişdirdiyi itləri sakinlərə paylayırdı. Sonralar keçmiş döyüşçü bu işi təkmilləşdirib, onu polis itlərinin yetişdirildiyi mərkəzə çevirdi. Məktəbin binası üzərində Məmməd Məmmədovun adı həkk olunmuş barelyef mövcuddur. Məmməd Məmmədov həm də Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi olub.

muasirmedia.az