Tofiq Yaqublu Kürdəxanı təcridxanasına köçürülüb

Cəmiyyət
Tofiq Yaqublu Kürdəxanı təcridxanasına köçürülüb. Yaxşı, bu o deməkdirmi ki, dustağın, saxlanılan şəxsin, günahsız saxlanılan şəxsin, şərlənən adamın yeri dəyişirsə, vəziyyəti mütləq pisləşməlidir? İşgəncə necə olur? Deməli, hələ qəddar Sovet hakimiyyəti dövründə məhbusun ailəsi ilə görüşü onun əhvalını, səhhətini yaxşılaşdırmağa xidmət edib, müqəddəs sayılıb. İlndi nə baş verir? Ailəsi ilə görüşən dustaq bir qurtum su içə bilmir. Orada bir qurtum çay su vermirsiniz, başa düşdük. Evdən gətiriləni niyə buraxmırsınız.
Qarabağ qazisi, müstəqillik mübarizəsi qazisi bir insana belə işgəncəni kim verər, hansı qisas hissi ilə?
Ya kimsə bu məsələnin ictimailəşməsini Pentensiar Xidmət Rəisinin cəmiyyətdə ‘’ vurulması’’nı istəyir.
Ya da kimsə elə müəssə rəisini hədəfə gətirir.
Ya da Tofiq Yaqublu kimi bir insana qarşı açıq işgəncə edərək, ona zəruri tibbi avadanlığı buraxmayaraq İlham Əliyevi hədəfə gətirir.
Ən ağla batanı isə İlham Əliyev qısas almağa davam edir. Bir tərəfdən də deyir ki, biz Avropa ilə inteqrasiyada maraqlıyıq.
Amma ölkədə rus agenti axtaranlar diqqətli olun, Ryazan Ədliyyə Akademiyasının məzunları sizə ‘’sürpriz’’ edə bilərlər.
MUASİRMEDİA.AZ