Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Fəzail İbrahimli 22 noyabr 2025-ci il tarixində Masallı rayonu Banbașı inzibati ərazisinə daxil olan Banbaşı, Böyük Xocavar, Binə Xocavar kəndlərində seçiciləri qəbul etmişdir.
Qəbuldan öncə millət vəkili Banbaşı kəndində şəhidlərin şərəfinə ucadılmış abidəni ziyarət etmiş, abidə üzərinə gül dəstələri düzmüşdür. Millət vəkili Fəzail İbrahimli bildirmişdir ki, şəhidlərimizin xatirəsi hər bir Azərbaycan vətəndaşı tərəfindən əziz tutulur və onların keçdiyi döyüş yolu gənc, vətənpərvər nəslin tərbiyəsində örnəkdir.
Daha sonra Banbaşı kənd inzibati ərazi dairəsinin binasında seçici qəbulu həyata keçirildi. Qəbulda iştirak edən seçicilərin müxtəlif məsələlərlə bağlı təklif və şikayətləri bir-bir dinlənildi. Seçiciləri narahat edən məsələlər qeydə alındı. Bir sıra məsələlər yerində həll edildi. Digər məsələlərin həlli istiqamətində qanunvericilik çərcivəsində lazımi addımlar atılacağı seçicilərin diqqətinə çatdırıldı.
Qəbulda Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Turan Bəylər oğlu Alıșov da iştirak etmişdir.
MUASİRMEDİA.AZ
