Avropanın hansısa ölkəsində ali məktəblərdə ofisiantlıq ücün xüsusi fakültə var.

Hadisə
Avropanın hansısa ölkəsində ali məktəblərdə ofisiantlıq ücün xüsusi fakültə var
Bu da onun peşə olaraq incəliklərinin olduğunu və bu peşəyə yiyələnmək istəyənlərin yetəri qədər mükəlləfiyyətləri olduğunu vurğulayan faktdır. Bizdə necədi? Kasıb, yoxsul, əsgərlikdən qayıdıb iş tapa bilməyənin, bəzən də gündəlik tələbatını ödəmək üçün tələbələrin üz tutduğu ümidin adıdır – ofisiantlıq… O da tapa bilsələr… Bu mənada onlara həmişə ürəyim yanıb… Kimlərinsə ağzından çıxan tikələri, ağzını sildiyi salfetləri yığışdırmaq, hansısa özündənrazı birinin barmaq işarəsi ilə yanına çağrılmaq, dediyi hərzə-hədyanı dinləmək və bütün bunlara gündəlik 15-20 manat məvacibə, 5-3 manat çaevoya görə dözmək… Sınmış qab-qacağı elə ordaca, o qədər gözəl, gənc qızların, yaşıdı oğlanların gözü qarşısında silib – süpürmək…Bura müdiriyyətin digər əmrlərini ( mövcud hadisədə olduğu kimi) də yerinə yetirməyi əlavə etsək mənzərə aydındır sanıram… Sizə asan gəlməsin…
Bir dəfə restorandan durub qapıdan çıxarkən eynəyimin orda qaldığını xatırladım. Cəmi on dəqiqə ara ilə yemək yediyimiz yerə qayıdanda bayaq bizə xidmət edən gənc ofisiantin hələ yığışdırılmamış masanın bir küncündə oturub tez-tələsik yeməklərdən yediyini gördüm. Bilmirəm niyə, amma mən bunun şahidi olduğum üçün həm utandım, həm də qəhərləndim-bu iki duyğunu əvvəllər bir yerdə heç vaxt yaşamamışdım… Uşağın tikəsi boğazında qurudu, tez ayağa qalxdı. Gülümsünüb əlimi çiyninə qoydum, daha doğrusu çiynindən aşağı basdım, otursun deyə. Bir,, nuş olsun ” da deyib eynəyimi götürərək tez qapıdan çıxdım.
Bunu indimi xatırlayıram? Yox, heç vaxt da yadımdan çıxmır…
Dünən həlak olan o dörd gənci düşünürəm… Bir tikə çörək dalınca gəldikləri nəhəng meqapolisim amansız girdabında məhv oldular… Nə arzular, nə yarımçıq planlar qaldı. Bəlkə kimsə o faciədən az, əvvəl sevdiyi qıza, axşam yazaram, indi işdəyəm” yazmışdı. Bəlkə kimsə anasına bu axşamkı qazancı ilə qış ayaqqabısı alacaqdı… Yaza bilmədi, ala bilmədi… Hamısı yarıda qaldı…
Geriyə qalan böyük bir təəssüf və taleylə barışmaq duyğusudur…Allah bu nakam uşaqlara rəhmət eləsin, ailələrinə səbr versin. Biz isə bir az daha mərhəmətli, anlayışlı olaq, lütfən, nə olar?

bir veya daha fazla kişi, sakal ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ