Məni tanıyanlar bilir ki,mən vəzifədən çıxarılan,rəhmətə gedən adamlar haqqında yazmıram.Cünki etik hesab etmirəm.
Nəcməddin,Osmanov,Əfəndiyev vəzifədə olanda ən sərt şəkildə yazılar yazmışam,başıma gələnləridə bir çoxunuz bilirsiz.
Elə ki, tənqid etdiyim adam getdi,mənim üçün məsələ bitmişdir.
Xəqani Cəbrayılov korpus komandiri olanda ondan yeganə yazan şəxs mən idim,vəzifədən çıxandan sonra müdafiə edirdim.Dostlar deyirdi axı sən onu həmişə tənqid edirdin,cavab verdim ki,müharibədən sonra ona qarşı sosial şəbəkədə yazılan ittihamlar düz deyil deyə müdafiə edirəm.Hər şeyi adı ilə çağırmaq lazımdır,olduğu kimi.Günahları var ,amma dildən-dilə gəzən söz-söhbətlər deyil.
Bu gün Azərbaycan Silahlı Qüvvələrini sabiq Baş əməliyyat idarə rəisi olmuş General-mayor Aleksandr Vasyakın anım günü idi.Onunla bağlı paylaşım edilmişdi,çox ciddi müzakirələr getdi mövzu ətrafında.
Bilməyənlər üçün bildirim ki,əvvəla Vasyak rus yox ,xaxoldu.
Vasyak Nəcməddin Sadıqov tərəfindən 2014-cü ildə orduya yenidən qaytarılanda,onu ilk mən ictimailəşdirmişəm sosial şəbəkələrdə.Həmən vaxt daxili təhlükəsizlik idarəsinə rəis gətirilmişdi.
Şəklin paylaşıb yazdım ki,Azərbaycanda bir yerli zabit tapılmadı ki, bu qeyri millətdən olan birin gətirib qoydunuz o vəzifəyə.O yazıya görə çox təyziqlərə məruz qaldım.
Vasyak 1-ci Qarabağ müharibəsinin iştirakçısı idi,703 də əməliyyat bölmə rəisi olmuşdu.
Sonra MN-nin Baş əməliyyat idarə rəisi kimi vəzifəsinə təyin olunmuşdu.
Uğurlu Horadiz əməliyyatından sonra General-mayor rütbəsi verilib.
Vasyakla birinci müharibəni keçən (köhnə pokeleniya) zabit kontingenti onun haqqında çox yüksək fikirdədirlər.Bu zabitlərin arasında vətənimizə,ordumuza şərəflə xidmət etmiş,sanballı komandirlərdə var.
Onların fikri belədi ki,o bizlə ciyin-ciyinə döyüşüb,onun müharibədə necə iştirak etdiyin biz bilirik.
Vasyak o dövr ki,MN naziri Səfər Əbiyev tərəfindən bir müddət sonra əməliyyat baş idarə rəisi vəzifəsindən azad olunub,pensiyaya göndərilib və bu müddətdə səhhətində yaranan problemlərlə bağlı çox ağır günlər keçirdib,ciddi maddi ehtiyyacları olub,yoxsul həyat yaşıyıb.Həmən vaxtı ona 703-dən döyüş yoldaşları və Nəcməddin Sadıqov maddi-mənəvi köməkliklər göstəriblər.
Özü bir məsələ danışmışdı ,deyir yeni il günü idi,Nizamidə metrosunun yaxınlığında evində imiş,evdə bayramı qeyd etməyə bir çöp yox imiş,axşam tərəfi qapı döyülür,qapını özü açır,görür ki,703-dən zabit yoldaşı böyük bir səbət bazarlıq gətirib.Vasyak kövrəlir,anasın səsliyir,deyir bəs bayaq deyirdin Allah yoxdu,dey Allah gəlib.
Bizim nəslin Nəcməddin,Vasyak kimilərinə münasibəti tam fərqli idi.O cümlədən müharibədən sonra orduya gələn gənc nəsil zabitlərin.
Vasyakın birinci müharibə ilə bağlı fəaliyyətinə qiymət verə bilmərəm,cünki danışılanlar əsasında məlumat sahibiyəm.
Səfər Əbiyev Müdafiə Naziri vəzifəsindən azad olunandan bir qədər sonra Ukraynada yaşayan Vasyak orduya yenidən çağırıldı.
Amma ikinci dönəm fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıyam.
Vasyak Nəcməddinin sağ əli idi,Nəcməddinin BQR kimi bir çox işlərin o görürdü.Ola bilər ki,Nəcməddin ona tam inandığı üçün işlərin yüngülləşdirmək üçün bəzi işlərin ona həvalə eləmişdi.
Misal üçün cəbhə xəttində yerləşən strateji əhəmiyyətli briqadaya komandir təyin olunması üçün təqdimatı verilən zabitlərlə söhbətləşməni Vasyak aparırdı,o dedisə yaramır vsyo..
Korpusun qərargah-rəisi vəzifəsində təyinatlarada Vasyakın rəyi əhəmiyyətli idi.
Baş qərargah rəisinin tabeçiliyində olan,Baş qərargah rəisinə aid olan işləri Vasyak aparırdı.
Adam həm BQR-in katibliyinə nəzarət edirdi,həm BQR yanında Kordinasiya idarəsinə nəzarət edirdi.
Nəcməddinin ətrafında olan Elxan Məcidov,şlyapa Zahid,bacısı oğlu Ramin Əsgərov pul məsələrin həll edirdi.Vasyakın kimdənsə pul alıb,yaxşı deməsin eşitməmişəm açığı.Ümumiyyətlə pula meyilli insan olmuyub.Nəcməddinə çox yaxın olub, o birilərinə nisbətdə ən kasıbı bu idi.Qazanmağına buda qazanırdı,amma o birilər kimi biznesmen deyildi.
Vasyak o dövr üçün o bilər çox savadlı zabit olub,onu tərifləyən dostlarımıda anlıyıram.
Həmən vaxt bizdə barmaqla sayılacaq əməliyyat zabiti olub o dövrdə.
Vasyak əməliyyatçı kimi fərqlənib 1-ci müharibədə ,amma muasir döyüş əməliyyatlarının aparılması-planlaşdırılması onluq deyildi.Həmdə artıq yaşlanmışdı,o başda deyildi.
Son dövrlər çıxıb getmək istiyirdi,səhhətində problemlər var idi,Nəcməddinə olan borcuna görə qalmışdı,arada çıxıb korpusları yoxluyub ,gəzirdi onda görmüşdüm onu.
2019-cu ildə korpuslarda snayper bölüklərinin ləğv olunması ilə bağlı qeyri-rəsmi əmri onun verdiyi deyilirdi.Bəlkədə onun üstünə atdılar…
Vasyak agent olub,rusa işliyib kimi sözləri qətiyyətlə deyə bilmərəm,çünki bununla bağlı əlimdə fakt yoxdu.
Amma ikinci qayıdışında təmsil olunduğu qruplaşma orduya ciddi ziyan vurduğu ortadadır.
1-ci müharibədə Vasyakı tərifləyən kifayət qədər nüfuzlu zabit var,mən onun 2-ci dönəmin görmüşəm,həmən dövrdədə Nəcməddinin yanında orduya ciddi ziyan vurublar.
P.S Vasyak Rusiyada rəhmətə gedib,deyilənə görə öz vəsiəti olub ki,məni Azərbaycanda şəhidlər xiyabanında dəfn edin.Vəsiəti əsasında bura gətirilib dəfn olunub.

MUASİRMEDİA.AZ
