Bu gün mənim üçün ağır gündür…
Görkəmli dövlət xadimi, dəyərli və unudulmaz dostum Natiq Əliyevin ad günüdür. illərdir bu günü onunla bir yerdə qarşılayardıq. Bu il isə artıq səkkizinci dəfədir ki, mən onun sükutuna gəlirəm…
Məzarı önündə dayananda bir daha anladım: Natiq kimi insanlar zamanın içindən yox olmur — zaman onların içindən keçir. Onun dövlətçilik məktəbi, düşüncə mədəniyyəti, dostluğu və insanlığı bu torpağın yaddaşına həkk olunub.
Bizim son söhbətlərimizdə dedikləri, həyatda qoyduğu izlər, əxlaqı və dürüstlüyü hələ də yaddaşımdadır. Sanki bir az əvvəl ayrılmışıq, sanki bir az sonra yenə görüşüb danışacağıq…
Ruhu qarşısında dərin ehtiramla baş əyirəm.
Doğum günün mübarək, əziz dostum Natiq.
Səni xatırlamaq yox, səni yaşatmaq bizim borcumuzdur.


MUASİRMEDİA.AZ
