Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə:
“Hadisə baş verəndə beşinci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə – yuxarıya qalxdıq. Mən 2010-cu ildən bu binada yaşayıram. “Loft” restoranı isə iki il bundan öncə binada fəaliyyətə başlayıb. Yanğının mənbəyi də sözügedən restoran olub. Sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib”.
H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib:
“Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə isə adamı döyüblər”.

MUASİRMEDİA.AZ
