TƏRSİNƏ DÖVR EDİR ÇƏRXİ FƏLƏYİN-Bəradər Səməndərli- FOTO

ƏDƏBİYYAT
TƏRSİNƏ DÖVR EDİR ÇƏRXİ FƏLƏYİN
Ayıra bilməyir haqqı nahaqdan,
Xəlvirdən xəbəri yoxdu ələyin.
Zəmanə korlanıb, əyyam dəyişib,
Tərsinə dövr edir çərxi fələyin.
Bədəndən yuxarı düşünən baş var,
Qapaqsız qazandı papaqsız başlar,
Başın əxlaqıdı papaq, qardaşlar,
Papaqlı başlara qiptə eləyin.
Bu nərddi, bu taxta, cütləyin daşı,
Bu fürsət, bu zəka, işlədin başı.
Gözün kirpiyi var, kirpiyin qaşı,
Kipriksiz qaşlara kaman deməyin.
Adam var, səhvini görmək istəmir,
Haqqa, ədalətə gəlmək istəmir.
Heç kəs özxoşuna ölmək istəmir,
Əcəldi çağıran ölüm mələyin.
Oğrular doğruya meydan oxuyur,
Dağlara pərdəni duman toxuyur.
İndi bəşəriyyət yalan qoxuyur,
Zamanı gəlibdi hiylə-kələyin.
Ocağın, kül qalır közündən sonra,
Heca yerin tutur vəzndən sonra.
Qoy, şeirin oxunsun özündən sonra,
Bəradər, getməsin hədər əməyin.
Bəradər Səməndərli
(Xanəliyev)
22.11.2025
bir veya daha fazla kişi ve sokak görseli olabilir
MUASİRMEDİA.AZ