Gec-tez Avropada gəlmələrlə, xüsusən müsəlman gəlmələrlə yerlilər arasında, lap yumşaq şəkildə ifadə etsəm, münaqişə baş verəcək.
Gec-tez, nə vaxtsa bu barıt çəlləyi partlayacaq.
Bəzi yoldaşlar düşünürlər ki, indi dünya başqa dünyadır, daha belə şeylər ola bilməz. Elə qəşəng ola bilər ki… Tarixdə “belə şeylər ola bilməz” illüziyaları çox olub. İyirminci əsrin əvvəllərində kim düşünə bilərdi ki, bəşər tarixinə neçə-neçə dahilər bəxş etmiş, dünyanın ən mədəni xalqlarından biri qadın, uşaq, qoca demədən adamları qaz kameralarına dolduracaq, ölüm düşərgələrində adamların üzərində hər cürə dəhşətli eksperimentlər aparacaqlar.
Böhran yarananda insan haqları, humanizm, qardaşlıq-zad gedir işinin dalıyca. Böhran yarananda insanlar günah keçisi axtarışına çıxırlar. Əgər manifestlər varsa, bu manifestlər gec-tez özünə nə vaxtsa oxucular tapacaq. Əgər daxildə ciddi narazılıq varsa, bu narazılıq hansısa formada gec-tez üzə çıxacaq. Etiraf edək ki, müsəlman gəlmələrin çoxu öz hərəkətləri ilə yerlilərdə narazılığın yaranması və üzə çıxması üçün münbit zəmin hazırlayırlar. Futbol dilində desək, dayanmadan yerlilərə ötürmələr verirlər.
MM.AZ
MM.AZ
