Oxuduqlarımızdan bilirik: Böyük alimlər, yazıçı və şairlər ölümdən qorxmayıblar. 88 yaşlı Anarın səhətini tez – tez gündəmə gətirirlər. Əlbəttə ki, etik prinsiplərə ziddir.
“Ömürü Allah verir” ifadəsi hər zaman gerçəkliyi əks etdirir.
Böyük İrlandiya yazıçısı Nobel mükafatı laureatı Bernard Şou 94 yaşında bağçada işləyərkən ağacdan yıxılıb aldığı xəsarətdən ölmüşdür. Bir müddət yataqda qaldıqdan sonra -1950-ci ildə noyabrın 2-də vəfat etmişdir. Son nəfəsində-“mən hazıram!-deyən yazıçının nəşi, öz vəsiyyətinə uyğun olaraq, yandırıldı, külü sevimli arvadının külü ilə qarışdırılaraq həmin bağçaya səpildi.

Bernard Şou 92 yaşında müalicə kursu keçdikdən sonra həkimə müalicədən razı qalmadığını bildirir.
-Qocalmısınız də! Biz sizi təzədən cavanlaşdıra bilmərik ki!
-Cavanlaşmaq yox, istəyirəm, siz mənə imkan yaradasınız ki, qocalmaqda davam edəm.
Anarın bəzi xəstəlikləri olsa da gümrahdır. Sadəcə jurnalistlər onun qocalığını davam etməsinə maneçilik törədirlər. Ölüm qarşısında -“mən hazıram!” ifadəsini isə kimin nə zaman işlədəcəyini Allahdan başqa heç kim bilmir.
Zəruri qeyd: Anar müəllimin yazıçı Elçinin dəfn törənində ürəkdən ağlaması isə nəyə desən dəyərdi, mən də kövrəldim..
.
.

Böyük İrlandiya yazıçısı Nobel mükafatı laureatı Bernard Şou

MUASİRMEDİA.AZ