Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib

ölkə
Noyabrın 21-də Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 165 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda təşkilati məsələdə müzakirə olunub.

Ümumi yığıncaqda İdarə heyətinə üzv seçilən 17 nəfər sırasında olan rayonu Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.
Bəs Bəhruz Abbasov kimdir? Səhifəmizin “Şəmkirlimizi tanıyaq” rubrikasında bu dəfə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının yeni sədri Bəhruz Abbasovu təqdim edirik.
 Abbasov Bəhruz Mülazim oğlu 10 mart 1992-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. Orta təhsilini 1998–2009-cu illərdə Şəmkir rayonu Abbaslı kənd 2 saylı tam orta ümumtəhsil məktəbində alıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Bəhruz Abbasov 2009–2013 cü illərdə Biznesin Təşkili və İdarə edilməsi ixtisası üzrə bakalavr, 2013–2017-ci illərdə isə Marketinq ixtisası üzrə təhsil alıb
Bir müddət icra strukturlarında çalışıb. 2019-cu və 2025-ci illərdə keçirilən bələdiyyə seçkilərində üzv seçilib və ilk bələdiyyə iclasında isə Asağı Seyfəli bələdiyyəsinin sədri seçilib.
Gənc və perspektivli kadr olaraq sədri olduğu bələdiyyədə bir çox ciddi layihələrin icrasına imza atıb. O, ingilis, rus və türk dillərini də bilir.
Ailəlidir. Bir oğul övladı var.
Şəmkir 57” səhifəsi olaraq Şəmkirimizin gənc nəsli üçün nümunəvi şəxs olan Bəhruz Abbasovu Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq! İnanırıq ki, onun səmərəli işi sayəsində bələdiyyə sistemi daha da inkişaf edəcək, bölgəmizin sosial-iqtisadi həyatına yeni rəng qataraq öz töhfəsini verəcək.

MuasirMedia.az