Gürcüstan Prezidenti Mixail Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 49 nəfəri əfv edib.
Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, əfv olunanlardan 34-ü məhkum, 14-ü isə azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan cəza çəkən şəxslərdir. Bundan əlavə, bir nəfərin məhkumluğu tam olaraq ləğv edilib.

MUASİRMEDİA.AZ
