Hadisə Ələt-Astara magistralının 142-ci km-də Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə gələn təcili yardım avtomobili ilə yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Faktla bağlı araşdırma aparılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
