Prezident İlham Əliyev tərəfindən bir qrup Ədliyyə Nazirliyi əməkdaşları təltif edilib.
Onlardan biri də Elçin Nəsibovdur.
Elçin Nəsibov Azərbaycan Respublikasının tanınmış dövlət qulluqçusudur.
O, 2024-cü ildən indiyədək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Əmək fəaliyyətinə 1997-ci ildə başlayaraq müxtəlif vəzifələrdə çalışıb, qanunvericilik aktlarının hazırlanması və rəylərin verilməsində birbaşa iştirak edib.
2006–2017-ci illərdə Qanunvericilik Baş İdarəsinin İnzibati və Hərbi Normativ Aktlar İdarəsinin rəisi, 2017-ci ildən isə həmin idarənin rəis müavini olub.
Elçin Nəsibov uzun illər dövlət qulluğunda göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif edilib: 2012-ci ildə “Ədliyyə sahəsində fərqlənməyə görə”, 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, 2020-ci ildə isə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” yubiley medalları ilə. Bu xidmətlərin nəticəsi olaraq o, Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Elçin Nəsibov uzun illər dövlət qulluğunda çalışan, qanunvericilik sahəsində təcrübəli və yüksək nüfuza malik bir dövlət işçisidir.

MUASİRMEDİA.AZ
