Noyabrın 19-20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şəkidə din xadimləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.
Bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi tədbirin birinci günündə Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov “İslamda məzhəb anlayışı və məzhəbçiliklə mübarizə”, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Kövsər Tağıyev isə “Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?” mövzularında məruzə ilə çıxış ediblər.
MUASİRMEDİA.AZ
