Ermənitanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Ellison Hukerin Yerevana-GÖRÜŞÜBB

Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Ellison Hukerin Yerevana səfəri zamanı ABŞ-nin Azərbaycanda saxlanılan 23 erməni məhbusun azadlığı üçün hansı addımlar atdığını açıqlamasını istəyib.
O, bunun ABŞ prezidenti Donald Trampın avqust ayında Vaşinqtonda keçirilən görüşdə verdiyi vəd olduğunu xatırladıb.
Paşinyan bunu cümə axşamı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, məsələ noyabrın 17-də Yerevanda Hukerlə keçirilən görüşdə xüsusi olaraq gündəmə gətirilib.
“Bu mövzunu birbaşa müzakirə etdim və qeyd etdim ki, prezident Tramp həm ictimai şəkildə, həm də qapalı görüşlərdə bu öhdəlikdən danışıb”, – Paşinyan bildirib. “Bizim ikitərəfli səviyyədə gördüyümüz işləri təqdim etdim və xahiş etdim ki, ABŞ tərəfi bu istiqamətdə apardığı səylər barədə bizi məlumatlandırsın və mövzunu diqqətdə saxlasın”.
Tramp avqustun 8-də Ağ Evdə keçirilən görüş zamanı Paşinyana Azərbaycanda saxlanılan “23 xristianın” azadlığa buraxılması üçün müraciət edəcəyini, Bakının bu çağırışa müsbət cavab verəcəyinə inandığını söyləmişdi. Lakin Trampın bu məsələni sonradan Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa gündəmə gətirib-gətirmədiyi hələ də məlum deyil.

Daha ətraflı oxumaq üçün şərhdəki linkə keçid edin.

MUASİRMEDİA.AZ