Azad Vətən Partiyasının (AVP) sədri Akif Nagı müğənni Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 xal verməsinə və ardınca müsabiqənin nəticələri elan olunarkən erməni iştirakçını səhnədə qucaqlamasına etiraz edib “İndi də Qazaxıstanda keçirilən mahnı müsabiqəsində erməni gədəsini bağrına basıb ki , dostuq və sair. Bu qancıq bir dəfə də olsun Şəhid Anasını, ya ayağı, əli, gözü yox Qazini bağrına basıbmı?. Heç vaxt, çünki qanı erməni, it qanıdı. Onu harada görsəz üzünə tüpürün”
1948-ci ildə İrəvanda anadan olan Xalq artisti Mübariz Tağıyev Samirəni müdafiə edərək isə deyib ki, Samirə ermənin üzünə tüpürməliyi?:“Bu məsələnin özü də bir siyasətdir. Hazırda barış istiqamətində bir çox addımlar atılır. Onlara da bir siqnal verilib ki, yerinə yetirsinlər. Samirə gedib onu nə öpüb, nə də başqa bir hərəkət edib. Əgər Ermənistan nümayəndəsi Azərbaycan təmsilçisinə qarşı eyni hərəkəti etsəydi, reaksiyalar tamamilə başqa cür olardı.Samirə orada səhv bir şey etməyib. Mənə elə gəlir ki, bu bir ssenaridir. Münsiflər də, iştirakçılar da ona uyğun hərəkət edir. Bu gün guya barışıq haqqında söhbətlər gedir. Sonunun da nə olacağını heç kim bilmir. Eləyib, eləyib. Özü bilər. Nə etməli idi axı? Üzünə tüpürməli idi? Bundan əlavə yarış ərəfəsində münsiflər öz aralarında da iştirakçılar haqqında müzakirələr aparırlar. Yəqin ki, onların da arasında bizim bilmədiyimiz bəzi söhbətlər olub. Eyni rəftarı erməni münsiflər bizə qarşı etsəydi, buna nə reaksiya veriləcəkdi? Deyəcəkdik ki, öz erməniliklərini göstərdilər. Yəqin, yaxşı oxuyub, Samirə də ona xal verib. Samirə artıq-əskik nəsə hərəkət etsəydi, müdafiəsinə qalxmazdım. Görünən odur ki, etdiyi tək şey ifaçıya yüksək xal verməkdir. Bu məsələyə başqa don geyindirməyə ehtiyac yoxdur. Bəzi insanlar boş müzakirələri sevir”.
Məlumatı “Yeni sabah” yayıb.
Sizcə Akif Nağı haqlıdır yoxsa Mübariz Tağıyev?Hər iki azərbaycanlının Samirənin erməniyə 12 xal verməsi və onu qucaqlamasına verdiyi təpkiyə sizin münasibətiniz necədir ?
MUASİRMEDİA.AZ
