NATO Finlandiyada möhkəmlənir

Dünya

Alyans Rusiyanın sərhədində yeni qərargah qurur Finlandiya müdafiə naziri Antti Hakkannen təsdiqləyib ki, ölkədə NATO-nun daimi komandanlıq bölməsi yerləşdirilməsi planlaşdırılır. Bu struktur ABŞ-ın Norfolk şəhərindən idarə olunan alyansın birgə əməliyyatlar rəhbərliyinin tərkib hissəsinə çevriləcək. Qərarın 2026-cı ilin fevralında müdafiə nazirlərinin görüşündə təsdiqlənməsi gözlənilir. Nazirin sözlərinə görə, yeni qərargah Finlandiyada mövcud olan NATO strukturlarını gücləndirəcək və onları ölkənin milli idarəetmə sistemi ilə birləşdirəcək. Bu isə faktiki olaraq bir məna daşıyır: Finlandiya NATO-nun Şimal qovşağına çevrilir və alyans Rusiyanın sərhədləri boyunca daimi mövcudluq əldə edir.

MUASİRMEDİA.AZ