Bu gün Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Zəngilan rayonu Məmmədbəyli kəndinə köçlə bağlı püşkatma keçirildi. İctimai Şura sədri olaraq mən də bu mərasimdə iştirak etdim. Vətəninə dönən keçmiş məcburi köçkünlər çox sevincli idilər. İctimai Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffav təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.
MUASSİRMEDİA.AZ
