Çətənə yarpağı… və 50 min rubl cərimə: Rusiyada qeyri-adi hadisə.
Saratovda bir sahibkar avtomobil üçün nəzərdə tutulmuş, kannabis (çətənə) yarpağı formasında hazırlanmış aromatizatoru onlayn platformada satışa çıxardığı üçün 50 min rubl məbləğində cərimələnib. Prokurorluğun açıqlamasına görə, aromatizatorun üzərindəki kannabis — yəni çətənə yarpağı təsviri “narkotik vasitələrin təbliği” kimi qiymətləndirilib və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araşdırma nəticəsində məlum olub ki, məhsulun tərkibində heç bir qadağan olunmuş maddə yoxdur, lakin simvolikanın özü hüquq-mühafizə orqanları tərəfindən qanun pozuntusu hesab edilib. Sahibkarın müəyyən edilmiş məbləği ödədiyi bildirilir.
MUASİRMEDİA.AZ