Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb

İqtisadiyyat
Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.
Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səyləri artırmaqla layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir.
Sənədin imzalanması tədbirindən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkinin görüşündə yeni Ölkə Proqramı üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

MUASİRMEDİA.AZ