İLLƏR BİZİ SINAYIR
Boşalan yerlər dolmur,
İnsan təkrar doğulmur.
Tutub saxlamaq olmur.
Saatın əqrəbini.
Kimi dünyanı duyur,
Kimi şeytana uyur.
Hərə bir cür oxuyur,
Həyatın məktəbini.
İllər bizi sınayır,
Kimlər kimi qınayır…
Əməllər imzalayır,
Hesabat dəftərini.
Demə, quru daşdı can,
Hər nemətdən başdı can.
Gözəllikdi coşduran,
Bəradərin təbini.
Bəradər Səməndərli
(Xanəliyev)
20.11.2025
MUASİRMEDİA.AZ
