Bu kitab telefonunuzun sizdən nə istədiyini deyil, ekranın sizə nə etdiyini çözür

Cəmiyyət
Bu kitab telefonunuzun sizdən nə istədiyini deyil, ekranın sizə nə etdiyini çözür.
Barmağınızın hər toxunuşunda şüur necə istiqamət alır, xəbərlər necə “reallığa” çevrilir, doğru ilə feyk harada yerini dəyişir — hamısı sadə dildə açılır.
Burada qorxutma yoxdur, ayıltma cəhdi var. İnformasiya küyünün insan psixikasında buraxdığı izlər, platformaların pərdəarxası məntiqi, seçim sandığımız vərdişlərin necə formalaşdırıldığı göstərilir. Oxucu passiv izləyici olmur, düşünən istifadəçiyə çevrilir.
Rəqəmsal mühitdə özünü qorumaq istəyən hər kəs üçün sakit, amma güclü bir bələdçidir. Rəqəmsal mühitdə özünüzü qorumaq istəyirsinizsə, bu kitab sizin “təcili yardım çantanızdır”.
Çünki bugünün dünyasında gündəmi edən xəbərlər deyil. Gündəm şüuru ələ keçirən alətlərdir. Bu kitab isə o alətləri tanımağı öyrədir.
*İnformasiya-kommunikasiya texnologiyalarının insan şüuruna təsirinin sosial-fəlsəfi tədqiqinin metodoloji konstruktu
İnformasiya-kommunikasiya texnologiyalarının insan şüuruna təsirinin sosial kanalları
*Müasir informasiya-kommunikasiya texnologiyalarının insan şüuruna təsirinin sahələr spektri
*Müasir İKT-lərin insan şüuruna təsirinin neyrofizioloji, sosial və mədəni əsasları
*İnsan şüuruna təsir göstərən müasir informasiya-kommunikasiya texnologiyalarının sosial və mədəni əsasları
*İnsan şüuru və sosial informasiyanın emalı
İnformasiya küyü anlayışı və ondan qorunmaq yolları
*Qloballaşma kontekstində medianın ideoloji funksiyaları
*Qlobal şəbəkə ekosistemində mədəniyyətin hibrid
estetikası və texno-mədəni sintez: sosial medianın
kulturoloji kodlarının analizi
*Reallığın simulyakrı və media həqiqətinin parçalanmış ontologiyası
*Kütləvi kommunikasiya məkanında feyk və gerçəkliyin epistemologiyası
*İnformasiyanın mədəni kodlaşdırılmasında media obrazının struktural-semiotik və diskursiv parametrləri
*Azərbaycan dilində sosial şəbəkə yazışmalarının psixolinqvistik və semantik təhlili – memlər, emoji, gif və qısaldılmı. MUASİRMEDİA.AZ