Bizim Azərbaycanda bu, işsizlərdən 16 manat məcburi sığorta haqqı almaq, ödəmədiyi halda isə, həmin vətəndaşa cərimə cəzası tətbiqi ilə bağlı qanun, hansı konstitusiya, hansı məntiqə əsaslanır? Çox qəribədir. Görmüşük ki, dövlət əksinə, işsizə yardım edər, dəstək verər, kömək edər, iş tapsın, pulsuz yemək verər ki, dirçəlsin.
İş tapıb özünü, ailəsi-uşaqlarını da təmin etsin.
Sonra qazancı, maaşından tibbi sığortasını da, dövlətin vergisini də ödəsin. Daha, o işsizi zəifi, daha da yükləyib, yıxılana balta vurmaq olarmı?
Bu qaydanı, qanunu kim fikirləşib, hansı başla, ağıl, insaf, vicdanla hüquqşünasmı, deputatmı ortaya çıxardıb? İşsiz özü depressiya deməkdir, bunu bu haldan çıxaran lazımdır. Bu yazıq üçün ayda 16 manat böyük puldur. Məmur, deputat, ya oliqarx üçün qəpik olsa da. Gündə 1-2 çörək edir. Bunu bu adam dövlətə ödəmək üçün necə etsin, haradan alsın? Gərək, ya çıxıb, küçələrdə dilənib yığsın o 16 manatı, ya da oğurluq etsin.
Oturublar isti yerdə, imkan şərait pul içində, bir yenilik etmək istəyəndə də, eksperimentlərini yazıq sıravi camaatın üzərində aparırlar. Baxın, açın cinayət qanununu ya digər qanunvericiliyi. Bütün, son illərdə ortaya çıxarılan yeni qanun- qaydalar sıravi və kasib xalqı daha da sıxmaq, imkanlı, varlıları, vəzifəliləri daha da əl-qol açıb cənnət keyfi etməyə yönəlib, bu 16 manat kimi.
Yaramazlıqdır bütün bunlar bu xalqa qarşı, ağır cinayət tərkibli. Və cəzası da, çox ağır ola bilər.
MUASİRMEDİA.AZ
İlqar Altay.
